Antalyada bir sıra küçələr karantinə bağlanıb

08:28 - 22 May 2020 - DÜNYA

Türkiyənin Antalya vilayətinin Serik rayonunda 15 küçə karantinə bağlanılıb.

Bu tədbirlər ərazidə yaşayan 12 nəfərdə koronavirusun aşkar edilməsi ilə əlaqədardır. Saat 00:00-dan etibarən polis və zabitlər bu küçələrin giriş və çıxışlarını dəmir baryerlərlə bağlayıblar.

Koronavirus aşkar edilən şəxslər Serik Dövlət Xəstəxanasında müalicələrini davam etdirir. Test nəticələri hələ məlum olmayan yeddi nəfər nəzarət altındadır.///trend

Xəbər xətti