Sumqayıtda intihar etmək istəyən qadın xilas edilib - Foto

03:31 - 22 May 2020 - HADİSƏ

Sumqayıtda intihara cəhd hadisəsi qeydə alınıb.  APA-nın məlumatına görə, şəhərin 6-cı mikrorayonunda hündürmərtəbəli binanın 11-ci mərtəbəsinin eyvanına çıxan, 2000-ci il təvəllüdlü Nigar Həsənova özünü yerə atmaq istəyib.  Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və ərazidə zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.    Xilasedicilər vətəndaşın özünə sui-qəsd etmək istəyinin qarşısını alıblar.

Xəbər xətti