Ana səhifə
24 Sentyabr 2018

““Səhər” telekanalı burada çox iğtişaşlar yaratdı”

“Vaxtilə Ermənistanın Qarabağı işğal etməsi nəticəsində ermənilər tərəfindən məscidlərin bərbad hala salınması İran televiziyalarında göstərilmədi”.

 

 

 

Ucnoqta.az” Trend-ə istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Bakıda İran İslam Respublikasının Radio-Televiziya Təşkilatının sədri İzzətullah Zərqamini qəbul edərkən deyib. O, əlavə edib ki, lakin sonradan bu vəziyyət kökündən dəyişdi: "Biz bir-birimizi sanki yenidən kəşf edirik. Lakin biz qorxuruq ki, yenidən bu problemlər ola bilər. Biz bu cür problemlərin olmasını istəmirik. Məsələn, İranın "Səhər" televiziya kanalı burada çox iğtişaşlar yaratdı. Hər ölkədə problemlər, qüsurlar var. Lakin yaxşı tərəfləri göstərmək lazımdır. Qüsurları göstərəndə isə bu, düşməncəsinə formada yox, dostyana olmalıdır". QMİ sədri zarafatyana şəkildə "Səhər"in adını dəyişdirib artıq "Axşam" qoymaq vaxtının çatdığını deyib.

 

Buna cavab olaraq İ.Zərqami də öz növbəsində, İran telekanallarında hansı xarakterli proqramların, hansı dini mövzuların yer almasının açıqlanmasını xahiş edib.

 

QMİ sədri isə iki ölkənin radio-televiziya qurumlarının arasında əlaqələrin inkişafında, qarşılıqlı nümayəndəliklərinin açılmasında maraqlı olduğunu, eləcə də xaricdə yayılan İran televiziyalarında dini mövzularda məsələlərin ən bəsit səviyyədən başlayaraq izahının verilməsinin arzusunda olduğunu deyib.

Tarix
13 Oktyabr 2014 [17:08]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin