May ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyalar ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən may ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyaların ödənişi başa çatdırılıb.

Nazirlikdən Ucnoqta.az-a verilən məlumata görə, həmin sosial təminat növləri üzrə vəsaitlər müvafiq kateqoriyalardan olan şəxslərin hesablarına köçürülüb. Beləliklə, karantin dövründə sosial ödənişlərin vaxtından daha əvvəl həyata keçirilməsi işləri may ayında da davam etdirilib. Bu ay pensiyalarla yanaşı, müavinət, təqaüd və kompensasiyaların da vaxtından daha əvvəl ödənişi təmin olunub.

Xatırladaq ki, bundan əvvəl, mayın 6-15-dək bu ay üzrə bütün pensiyalar vətəndaşların bank hesablarına köçürülüb.

Tarix
21 May 2020 [11:17]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-05-21 11:17:33
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Xüsusi karantin rejiminə əməl edirsiniz?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin