Göygöldə qadın və kişi bıçaqlandı

16:00 - 20 May 2020 - HADİSƏ

Göygöldə bıçaqlanma hadisəsi olub. 

Rayon sakinləri - 1995-ci il təvəllüdlü Rəhimov Yusif və 1992-ci il təvəllüdlü Hüseynova Günel bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, hər iki şəxs eyni adam tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.///qafqazinfo

Xəbər xətti