Bakıda 39 yaşlı kişi intihar etdi

13:57 - 20 May 2020 - HADİSƏ

Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. Mayın 19-da, saat 18:00 radələrində Zabrat qəsəbəsinin 1981-ci il təvəllüdlü sakini Anar Əlizadə yaşadığı evin həyətində özünü asıb.

İntiharın səbəbi hələlik müəyyən edilməyib.
Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işinə başlanılıb.

Xəbər xətti