Bakıda iki avtomobil toqquşdu - Sürücülərdən biri öldü

13:53 - 19 May 2020 - HADİSƏ

Bakı şəhəri, Xətai rayonu ərazisində iki avtomobil toqquşub.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, mayın 17-də saat 21 radələrində Bakı şəhər sakini Taleh Hüseynovun idarə etdiyi "Mercedes" və paytaxt sakini N.Bağırovun idarə etdiyi "Ssang-Young" markalı avtomobillər toqquşub.

Nəticədə T.Hüseynov xəstəxanaya aparılarkən yolda ölüb, N.Bağırov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Xətai RPİ tərəfindən araşdırma aparılır./trend

Xəbər xətti