Tramp: "ABŞ tarixindəki ən pis prezidentlərdən biri idi"

10:52 - 19 May 2020 - DÜNYA

“Obama bizə dağılmış bir ordu və İŞİD-i qoyub getdi”

ABŞ Prezidenti Donald Tramp koronavirusla mübarizəyə qarşı faəliyyətsizliyə görə onu tənqid edən keçmiş Prezident Barak Obamanı “bacarıqsız” və “ölkənin ən pis prezidentlərindən biri” adlandırıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Tramp Ağ Evdə qida sənayesi və restoran idarəçiləri ilə keçirilən dəyirmi masada jurnalistlərin sualını cavablandırarkən bildirib.

Obamanın hazırkı Prezident Administrasiyasının COVID-19 ilə mübarizəsini tənqid etməsi ilə bağlı suala Tramp, “Obama səriştəsiz bir insan idi. ABŞ tarixindəki ən pis prezidentlərdən biri idi. Bizə dağılmış bir ordu və İŞİD-i qoyub getdi. Biz isə İŞİD-i tamamilə təmizlədik”,- deyə cavab verib.

Obama administrasiyasının onlara “dağınıq bir səhiyyə sistemi” buraxdığını bildirən Tramp buna baxmayaraq, epidemiya dönəmində çox yaxşı iş gördüklərini deyib.

Xəbər xətti