Bakıda azyaşlılar yük maşınını qarət etdilər

10:10 - 19 May 2020 - HADİSƏ

Bakıda oğurluq edən yeniyetmələr saxlanılıb.

Xəzər rayonu, Binə qəsəbə sakini Zahid Niftəliyevə məxsus “Shagman” markalı yük avtomobilindən 700 manat dəyərindən akkumlyator oğurlanıb.

Xəzər rayon Polis İdarəsinin Post Patrul Bölüyü əməkdaşları tərəfindən oğurluqda şübhəli bilinən yeniyetmələr - 2004-cü il təvəllüdlü Əli Cəfərov, 2005-ci il təvəllüdlü Taleh Abdullayev, 1999-cu il təvəllüdlü Vusal Qədirov və 1988-ci il təvəllüdlü Rəşad Bəşirov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti