Tramp Ümumdünya Səhiyyə Təşkilatına ultimatum verdi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 30 gün ərzində ABŞ-ın tələblərini yerinə yetirməsə, Vaşinqton nəhayət bu təşkilata maliyyənin ayrılmasını dayandıracaq və üzvlüyünə yenidən baxacaq. “Report” xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Trampın Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş katibi Tedros Adanom Gebreisusa göndərdiyi məktubda bildirilib. Tramp məktubunda qeyd edib ki, ABŞ hakimiyyət orqanları tərəfindən aparılan araşdırma ÜST barədə “ciddi narahatlıqları” təsdiqləyir. Məktubunda Tramp beynəlxalq təşkilatın Çindən asılı olmadığını nümayiş etdirməyə çağırıb. Qeyd edək ki, bundan əvvəl Tramp təşkilata ayrılan vəsaiti 40 milyon ABŞ dollarına qədər azaldılmasının mümkünlüyünü nəzərdən keçirdiyini bəyan etmişdi. 
Tarix
19 May 2020 [08:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-05-19 08:30:28
Foto
Video
Çox oxunanlar
Sorğu
Xüsusi karantin rejiminə əməl edirsiniz?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin