Türkiyədə koronavirusla bağlı son statistika açıqlanıb

23:01 - 18 May 2020 - DÜNYA

Türkiyədə son 24 saat ərzində daha 31 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib. Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 4 096 nəfərə çatıb. Onun sözlərinə görə, ölkədə 1 158 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 150 593 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 1 615 olmaqla 111 577 nəfər təşkil edir.

Xəbər xətti