Göyçayda ana və 2 azyaşlı övladı zəhərləndi

16:02 - 18 May 2020 - HADİSƏ

Göyçay rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.

Hadisə rayonun 1-ci Ərəbcəbirli kəndində qeydə alınıb. Kənd sakini, Əli Baxışov polisə müraciət edərək bildirib ki, anası Z.Baxışova mayın 17-də kənd ərazisindəki "Seyidlər" marketdən şirniyyat alıb.
Həmin şirniyyatı qəbul edən ailə üzvləri, Ə.Baxışovun həyat yoldaşı S.Baxışova, 4 yaşlı qızı Z.Baxışova və 2 yaşlı oğlu Q.Baxışov zəhərləniblər. Həmin şəxslər Göyçay rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Xəstəxanada onlara "alimental qastrit" diaqnozu qoyulub.

Xəstələrə ilkin tibbi yardım göstərildikdən sonra məhkəmə-tibbi ekspertizası təyin edilib.
Faktla bağlı araşdırma aparılır.///trend

Xəbər xətti