“Azərişığ”ın əməkdaşını elektrik cərəyanı vuraraq öldürüb

22:49 - 17 May 2020 - HADİSƏ

Bu gün günün ikinci yarısında Bakının Sabunçu rayonunun 1-ci Zabrat qəsəbəsi ərazisində “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub. 

Adı hələ məlum olmayan Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) əməkdaşı hadisə yerindəcə keçinib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.

Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti