Qazaxda iki maşın toqquşub- 2 nəfər xəsarət alıb

17:27 - 17 May 2020 - HADİSƏ

Qazaxda yol nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Cəfərli kəndində qeydə alınıb. Belə ki, hərəkətə olan iki minik maşını toqquşub. Qəza zamanı avtomobillərin birində olan sərnişinlər 1956-cı il təvəllüdlü Qəhrəmanova Şəfiqə Kərim qızı və 1966-cı  il təvəllüdlü Qəhrəmanova Cəmilə Kərim qızı xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.///Apa

Xəbər xətti