Füzulidə çayda batan 11 yaşlı qızın meyiti tapılıb

11:51 - 17 May 2020 - HADİSƏ

Füzuli rayonunda çayda batan 11 yaşlı qızın axtarışı başa çatıb. APA-nın xəbərinə görə, Yuxarı Mil kanalının Füzuli rayonu, 1 nömrəli Qayıdış qəsəbəsindən keçən hissəsində batdığı ehtimal olunan Məmmədova Aysun Arzu qızının meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən  tapılıb. A.Məmmədovanın meyiti sudan çıxarılaraq  aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti