Türkiyədə koronavirusdan ölənlərin sayı 4 096 nəfərə çatıb

21:23 - 16 May 2020 - DÜNYA

Türkiyədə son 24 saat ərzində daha 41 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib. Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 4 096 nəfərə çatıb. Onun sözlərinə görə, ölkədə 1 610 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 148 067 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 2 004 olmaqla 108 137 nəfər təşkil edir.

Xəbər xətti