Dünyada koronavirusdan ölənlərin sayı 310 mini ötdü

20:40 - 16 May 2020 - DÜNYA

Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 4 672 159 nəfərə çatıb. “Report” xəbər verir ki, indiyədək COVID-19 diaqnozu qoyulan 310 065nəfər dünyasını dəyişib, müalicə alan 1 780 403 nəfər sağalıb. Xəstəxanaya yerləşdirilən 44 984pasiyentin vəziyyəti ağırdır. Ən çox yoluxma halları ABŞ (1 489 419), İspaniya (276 505) və Rusiyada (272 043) qeydə alınıb. Azərbaycanla sərhəd ölkə olan Türkiyədə 146 457 nəfər yoluxub, 4 055 nəfər ölüb. İranda isə qeydə alınmış yoluxma hallarının sayı 118 392-dir. Son məlumata görə, bu ölkədə 6 937 nəfər pandemiyanın qurbanı olub.

Xəbər xətti