Bakıda mənzildə 85 yaşlı qadının meyiti tapıldı

12:04 - 16 May 2020 - HADİSƏ

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. 

FHN-dən Ucnoqta.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1935-ci il təvəllüdlü Lobaçova Yekatrina İvanovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

Xəbər xətti