Bakıda iki avtomobil toqquşdu- xəsarət alanlar var

03:43 - 16 May 2020 - HADİSƏ

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib. Hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1987-ci il təvəllüdlü Müseyibli Kamran Rahib oğlu və 1988-ci il təvəllüdlü Sayadov Vasif Nadir oğlu xəsarət alıblar. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. K.Müseyibliyə döş qəfəsinin küt travması, V.Sayadova isə kəllə-beyin travması diaqnozu qoyulub. Hər iki şəxs reanimasiyaya yerləşdirilib. ///report

Xəbər xətti