Ana səhifə
21 Sentyabr 2018

Türkiyənin məşhur caz ifaçısı Senem Diyici Bakıda… - FOTOLAR

Bakıda Türkyənin Azərbaycandakı  səfirliyinin təşəbbüsü ilə  keçirilən  “Türkiyə Caz Festivalı” nın ikinci günü baş tutub. Oktyabrın 10-16-da   arasında keçiriləcək festivalın ikinci günündə,  Türkiyənin məşhur caz ifaçısı  Senem Diyici  səhnəyə  çıxıb. Diyici  konsertində  bir-birdən dəyərli caz  musiqilərini ifa edib. Fərqli  caz tərzi  ilə,  Azərbaycan tamaşaçılarına unudulmaz bir gecə yaşadan Senem Diyicini musiqi sevərlər ayaqüstə alqışlayıblar.  Diyicinin  konsertinə,  Azərbaycanın tanınmış  kamança ifaçısı  Munis Şərifov da  dəvət edilib.  

M. Şərifov  kamança ifası ilə,  Türkiyəli qonaqları heyran buraxıb.  Konsertdə Türkiyənin Azərbaycandakı səfiri  Alper Coşkun və Azərbaycanda fəaliyyət  göstərən opera façısı Oya Ergündə  iştirak edib. Opear ifaçısı da Senem Diyicinin dəvəti ilə səhnəyə çıxıb və Azərbaycan xalq mahnısı ifa edib.

Qeyd edək ki, festivalda oktyabrın 16-da  Oya Ergünün konserti olcaq.

Tarix
13 Oktyabr 2014 [16:55]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin