DSX-nin rəis müavini vəzifəsindən azad edildi - Sərəncam

19:30 - 15 May 2020 - Xəbər

Prezident İlham Əliyev Ə.V.Nağıyevin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin beynəlxalq əlaqələr üzrə müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən General-leytenant Əfqan Vəli oğlu Nağıyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin beynəlxalq əlaqələr üzrə müavini vəzifəsindən azad edilib. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Xəbər xətti