Bakıda 21 yaşlı gənc özünü 18-ci mərtəbədən atdı

12:25 - 15 May 2020 - HADİSƏ

Bakının Nəsimi rayonunda intihar hadisəsi baş verib.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub. Sabunçu rayonunun Maştağa qəsəbəsinin sakini, 1999-cu il təvəllüdlü Rəşad Rəhimov Şövqiyar Abdullayev küçəsində yerləşən 23 nömrəli minanın 18-ci mərtəbəsindən özünü atıb.

Hazırda Nəsimi Rayon Prokurorluğu faktla bağlı araşdırma aparır, intiharın səbəbləri müəyyənləşdirilir.

Xəbər xətti