Füzulidə 11 yaşlı qız çayda batdı

10:53 - 15 May 2020 - HADİSƏ

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Yuxarı Mil kanalının Füzuli rayonu, 1 nömrəli Qayıdış qəsəbəsi ərazisindən keçən hissəsində 2009-cu il təvəllüdlü Məmmədova Aysun Arzu qızının batması barədə məlumat daxil olub.

FHN-dən verilən məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.

Xəbər xətti