Ərdoğan və Stoltenberq telefonla danışıb

03:36 - 15 May 2020 - DÜNYA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və NATO-nun baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub. Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, tərəflər telefon danışığı zamanı yeni növ koronavirusun yayılmasına qarşı mübarizəni və pandemiyadan sonra atılacaq addımları müzakirə ediblər. Bildirilir ki, T.Ərdoğan və Y.Stoltenberq həmçinin regional məsələlər, o cümlədən Suriya və Liviyadakı vəziyyət üzrə fikir mübadiləsi aparıblar.

Xəbər xətti