Türkiyədə koronavirusdan daha 55 nəfər ölüb

21:30 - 14 May 2020 - DÜNYA

Türkiyədə son 24 saat ərzində daha 55 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Bu barədə öz "Twitter" səhifəsində Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib. Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 4 007 nəfərə çatıb. Onun sözlərinə görə, ölkədə 1 635 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 144 749 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı 104 030 nəfər təşkil edir.///trend

Xəbər xətti