Rusiyada daha bir nazir koronavirusa yoluxub

16:26 - 14 May 2020 - DÜNYA

Rusiyanın Elm və Ali Təhsil naziri Valeriy Falkov yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın məlumatına görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.

O, V. Falkovun koronavirus infeksiyasına yoluxduğunu, artıq sağalaraq işə çıxdığını qeyd edib.

Qeyd edək ki, V. Falkov Rusiya hökumətində COVID-19-a yoluxan sayca dördüncü nazir olub. Bundan öncə Baş Nazir Mixail Mişustin, Tikinti naziri Vladimir Yakuşev və Mədəniyyət naziri Olqa Lyubimova koronavirusa yoluxublar.

Xəbər xətti