Bakıda 18 yaşlı gəncə küçədə hücum edildi

11:03 - 14 May 2020 - HADİSƏ

Bakıda gənc oğlan küçədə döyülərək qarət olunub.

Hadisə paytaxtın Nizami rayonu, Q. Qarayev prospektində baş verib. Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Xaqan Cəfərli küçədə naməlum şəxslərin hücumuna məruz qalıb. Həmin şəxslər 18 yaşlı gənci döyərək telefonunu əlindən alıblar.

Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Şəmkir rayon sakinləri, 1999-cu il təvəllüdlü Elşən Məmmədov və 2002-ci il təvəllüdlü Elgün Abdullayev saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci(quldurluq) maddəsilə cinayət işi başlanıb.///trend

Xəbər xətti