Küçədə avtomobil qarət edildi

10:22 - 14 May 2020 - HADİSƏ

Bakıda avtomobil qarət olunub.

Hadisə paytaxtın Nizami rayonu, Bəhruz Nuriyev küçəsində baş verib. Həmin küçədə Bakı şəhər sakini Səfərbəy Əmrahova məxsus "Ford" markalı avtomobil qarət olunub. Naməlum şəxs avtomobildə olan 1 200 manatı və 480 manatlıq mobil telefonu oğurlayıb.

Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Şərur rayon sakini, 1985-ci il təvəllüdlü Vüsal Quliyev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.///trend

 

Xəbər xətti