Bakıda 28 yaşlı qız marketin kassasından oğurluq etdi

09:26 - 14 May 2020 - HADİSƏ

Bakıda marketin kassası qarət olunub.

Hadisə Nəsimi rayonu S.Vurğun küçəsindəki "Spar" marketdə baş verib. Marketdə işləyən Bakı şəhər sakini N.Novruzovun kassasından 150 manat pul oğurlanıb. Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən 28 yaşlı L.Şiveyeva müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti