Ucarda iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb

18:21 - 13 May 2020 - HADİSƏ

Ucarda xəsarətlə nəticələnən yol qəzası baş verib.

APA-nın xəbərinə görə, "VAZ-2107" markalı avtomobil "VAZ-21099"  markalı maşınla toqquşub.

Nəticədə Göyçay rayon sakinləri - 1973-cü il təvəllüdlü Nəzakət Soltan qızı Hacıyeva, 1976-cı il təvəllüdlü Rahib Məcnun oğlu Süleymanov, 1997-ci il təvəllüdlü Elçin Rafiq oğlu Tanrıverdiyev və Ucar rayon sakini, 1989-cu il təvəllüdlü Anar Faiq oğlu Süleymanov müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti