BMT Azərbaycandan yardım istəyib

17:20 - 13 May 2020 - Xəbər

BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyi yardımla bağlı Azərbaycan Respublikasına müraciət edib.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Oeprativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə Azərbaycan tərəfindən yardım ayrılması nəzərdə tutulur.///report

 

Xəbər xətti