Bakı polisi əməliyyat keçirdi, heroin alverçisi yaxalandı

11:21 - 13 May 2020 - HADİSƏ

Bakıda polis narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib.

 Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 234-cu (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satmma) maddəsi ilə məhkum olunmuş Baba Pənahov saxlanılıb.

Üzərinə baxış keçirilərkən ondan 1, 850 qram narkotik maddə olan heroin aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.///trend

 

Xəbər xətti