İnstaqramda yeni funksiya

08:48 - 13 May 2020 - MARAQLI

İnstaqram sosial şəbəkəsi yeni funksiyalar tətbiq etdiyini açıqlayıb.

Bundan sonra istifadəçilər bir çox xoşagəlməz şərhi bir anda silə və eyni zamanda bir neçə insanı blok edə biləcəklər.

“Artıq eyni anda bir neçə şərhi silə və bir neçə insanı blok və ya məhdudlaşdıra bilərsiniz”, - sosial şəbəkənin Tvitterində yazılıb.

Bu yenilik “mənfi şərh axınının öhdəsindən gəlməyin çox çətin olması” ilə izah olunur. Sosial şəbəkədən bildiriblər ki, ilk rəylərə görə, istifadəçilər yenilikdən razıdırlar.///qafqazinfo

Xəbər xətti