Ana səhifə
14 Noyabr 2018

Ünvanlı sosial yardım alan ailələrin sayı azalıb

Bu ilin 9 ayı ərzində ölkəmizdə 112092 ailəyə (491409 nəfər ailə üzvü) ünvanlı dövlət sosial yardımı təyin olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,1 faiz (23107 ailə) azdır.
Ucnoqta.azın məlumatına görə, bu barədə AzərTAc-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, ünvanlı sosial yardımların bir ailəyə düşən orta aylıq məbləği isə 129,82 manatdan 137,67 manata yüksəlib. Hazırda ünvanlı dövlət sosial yardımı alan ailələrin 33935-i tərkibində 3 və daha çox uşaq olan ailələrdir. Yardımla təmin olunan ailələrdə yaşı 18-dək ailə üzvlərinin sayı 247879 nəfər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşadək ailə üzvlərinin sayı 5709 nəfər, 1 yaşadək ailə üzvlərinin sayı 4982 nəfər təşkil edir.
Ötən ilin sonlarından etibarən ünvanlı dövlət sosial yardımlarının təyinatında şəffaflığın və ictimai nəzarətin təmin olunması məqsədilə ünvanlı sosial yardım alan ailələrin siyahısı, habelə ünvanlı yardım almaq üçün tələb olunan sənədlərin siyahısı nazirliyin rəsmi internet saytının (www.mlspp.gov.az) üz səhifəsində yerləşdirilib. Hazırda ünvanlı sosial yardımların təyinatı prosesinin avtomatlaşdırılması istiqamətində ƏƏSMN tərəfindən müvafiq işlər aparılır.

Tarix
13 Oktyabr 2014 [16:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin