Koronavirusun iki unikal mutasiyası aşkarlandı

14:46 - 12 May 2020 - DÜNYA

Estoniyanın Tartu Universitetinin alimləri koronavirusun mutasiyaya uğramış iki unikal ştammını  aşkarlayıblar.

Universitetin mətbuat xidmətinin verdiyi açıqlamaya görə, sözügedən ştammlar yalnız Estoniyada müşahidə olunub: “Çində aşkarlanan mutasiyalarla müqayisədə Estoniyada bir çox yerdə tapılan 8 mutasiya ilə yanaşı yalnız bu ölkədə  görülən 2 unikal mutasiya da aşkarlanıb”.

Bildirilir ki, iki mutasiya olunmuş ştamm ölkədə 6 xəstədə aşkarlanan koronavirusun genom ardıcıllığının öyrənilməsi zamanı müəyyən olub.

Tartu Universitetinin bionformatika mütəxəssisi Aare Abroy təhlil edilən bütün ştammların SARS-CoV-2 virusunun A2a qrupuna aid olduğunu bildirib. Onun yayılmasının Şimali İtaliya ilə əlaqəli olduğu və əsasən Avropada yayıldığı bildirilib.///qafqazinfo

Xəbər xətti