Bakıda qadın özünü metroda qatarın altına atmağa cəhd etdi

12:42 - 12 May 2020 - HADİSƏ

Bakı metropolitenində intihara cəhd olub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə mayın 11-də saat 14 radələrində metronun “N.Nərimanov” stansiyasında baş verib. Cəlilabad rayon sakini N.Məmmədova anası ilə mübahisə etdiyindən özünü qatarın altına atmağa cəhd göstərib.

Metropolitendə Polis Şöbəsi əməkdaşlarının çevikliyi sayəsində cəhdin qarşısı alınıb.///trend

 

Xəbər xətti