Bakıda kişi anasını və evdə işləyən ustanı bıçaqlayıb

10:26 - 12 May 2020 - HADİSƏ

Bakıda kişi anasını və evdə işləyən ustanı bıçaqlayıb.

Hadisə paytaxtın Yasamal rayonu, Ş. Əzizbəyov küçəsi, ev 34-də qeydə alınıb.

Şəhər sakini Elnur Quliyev yaşadığı mənzildə usta işləyən Kamil Sədrəddinbəyovu bıçaqlayıb. Hadisədən bir neçə saat sonra o, özünü öldürməyə cəhd edərkən anası Minəxanım Quliyeva ona mane olmağa çalışıb.

Bu zaman E. Quliyev anasını da bıçaqlayıb.

Hər iki yaralı xəstəxanaya çatdırılıb. Hadisəni törətməkdə şübhəli bilinən E. Quliyev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.///Apa

Xəbər xətti