Rusiyada COVID-19 xəstələrinin olduğu xəstəxana yanıb, ölənlər var

10:22 - 12 May 2020 - DÜNYA

Rusiyanın Sankt-Peterburq şəhərinin Müqəddəs Georgi xəstəxanasında yanğın baş verib.

“Report” TASS-a istinadən xəbər verir ki, xəstəxanada əsasən ağciyərlərin ventilyasiyası aparatına qoşulmuş koronavirus xəstələri olub.

İlkin məlumata görə, hadisə nəticəsində 5 nəfər ölüb, 150 nəfər təxliyə edilib.

Yanğına səbəb elektrik avadanlıqlarda nasazlığın olduğu güman edilir.

Xəbər xətti