Mayın 25-dən İranda restoranlar və bütün məscidlər açılacaq

09:00 - 12 May 2020 - DÜNYA

“Ramazan ayı bitdikdən sonra – mayın 25-də ölkədəki restoran və məscidlərin fəaliyyətinin bərpasına icazə veriləcək”.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə bazar ertəsi İran hökumətinin rəsmi nümayəndəsi Əli Rabiya məlumat verib.
"Koronavirusun yayılmasına qarşı mübarizə üzrə milli qərargah bütün məscidlərin və dini məkanların, eləcə də müxtəlif restoranların və bərbərlərin Ramazan ayından sonra tədricən açılmasına qərar verdi", deyə Ə.Rabiya bildirib.
O, eyni zamanda, əlavə edib ki, bəzi  “ağ” bölgələrdə (koronavirusun ən az yayıldığı ərazilər) bu tip yerlər artıq açıqdır.

Qeyd edək ki, mayın 2-dək İranda epidemiyaya yoluxmaların sayında azalma tendensiyası  müşahidə edilir. 

Xəbər xətti