Bakıda 52 yaşlı kişi səkkizinci mərtəbədən yıxılaraq ölüb

14:24 - 11 May 2020 - HADİSƏ

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə qeydə alınıb. Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. Qaradağ rayonu, Lökbatan qəsəbəsində may ayının 10-da Ramiz Hüseynov (1968-ci il təvəllüdlü) doqquzmərtəbəli binanın səkkizinci mərtəbəsindəki mənzilinin pəncərəsindən yıxılaraq həlak olub. İlkin məlumatlara görə, kişi psixi pozğunluqdan əziyyət çəkib. Hüquq-mühafizə orqanlarının əməkdaşları olayın bədbəxt hadisə olduğuna dair ehtimalına üstünlük versələr də, intihar olması da istisna edilmir. Faktla bağlı istintaq aparılır.

Xəbər xətti