Rusiya koronavirusa yoluxanların sayına görə Britaniyanı keçdi

11:52 - 11 May 2020 - DÜNYA

Rusiyada son bir gündə 11 656 nəfərə koronavirus diaqnozu qoyulub.

Bunu ölkənin Operativ Qərargahı açıqlayıb. Bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 221 344 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə 94 nəfər artaraq 2 009-a yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 39 801 nəfər sağalıb. Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 6 169.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə Böyük Britaniyanı geridə qoyub. Krallıqda indiyədək 219 183 nəfərə COVID-19 diaqnozu qoyulub.///report

Xəbər xətti