Gəncədə avtomobil yolu keçən qadını vurub öldürdü

16:50 - 10 May 2020 - HADİSƏ

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. APA-nın  məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Şəmistan Mirzəyev idarə etdiyi “VAZ21015” markalı minik avtomobili ilə hərəkətdə olan zaman yolu keçmək istəyən orta yaşlı qadını vurub. Qadın sürücü tərəfindən xəstəxanaya çatdırılsa da, dünyasını dəyişib. Hazırda piyadanın şəxsiyyəti müəyyənləşdirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti