Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı olub

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı olub. APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir. Məlumata görə, nazirlər Böyük Vətən Müharibəsində əldə olunmuş qələbənin 75 illiyi münasibətilə bir-biriləri ilə təbriklərini bölüşüblər və COVID-19 pandemiyası, eləcə də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini barədə müzakirələr aparıblar. “Xarici işlər orqanlarının rəhbərləri Böyük Vətən Müharibəsində qələbənin 75 illiyi münasibətilə təbrik mübadiləsi aparıblar. İkitərəfli münasibətlərin və xarici siyasətin əlaqələndirilməsinin aktual problemləri, o cümlədən koronavirus infeksiyası və onun nəticələrinin qarşısının alınması ilə bağlı öhdəliklər müzakirə olunub. Həmçinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində son vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb” , - məlumatda belə deyilir.
Tarix
8 May 2020 [23:24]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-05-08 23:24:59
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Xüsusi karantin rejiminə əməl edirsiniz?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin