Ana səhifə
19 Fevral 2018

Azərbaycanda yeni telekanal yaradılır

Bu kanal uşaq və gənclərin intelektual fəaliyyətlərinin dəstəklənməsi və cəmiyyətin inkişafında təhsilin rolunun daha dərindən dərk olunması məqsədi ilə təşkil olunacaq

 

 

Azərbaycanda yeni televiziya yaradılacaq. Ucnoqta.az-ın Lent.az-a istinadən məlumatına görə, bununla bağlı müddəa prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”ında öz əksini tapıb.

Belə ki, uşaq və gənclərin intelektual fəaliyyətlərinin dəstəklənməsi və cəmiyyətin inkişafında təhsilin rolunun daha dərindən dərk olunması məqsədi ilə onlayn “Təhsil” televiziyasının yaradılacaq.  Televiziyanın 2015-2016 illər ərzində yaradılması nəzərdə tutulub və bu işləri Təhsil Nazirliyi həyata keçiriləcək.

Təhsilverənlər, təhsilalanlar və valideynlər üçün marifləndirmə xarakterli portalların yaradılması, onlayn təlimlər, elektron dərsliklər, video resurslar, internet əsaslı intellektual oyunlarının hazırlanması da nəzərdə tutulub.

Tarix
21 Yanvar 2015 [11:32]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ