Turistlərlə qaynayan İstanbulda SON DURUM- FOTO

13:35 - 6 May 2020 - Xəbər

Dünyanı cənginə alan yeni növ koronavirus xəstəliyi səbəbindən demək olar ki, bütün ölkələr zərər görüb. #Evdəqal çağırışlarına görə ən sıx insan kütləsi ilə seçilən böyük şəhərlərdə demək olar ki, küçələrdə insanlara rast gəlmək olmur.

Buna Türkiyənin İstanbul şəhərini də misal göstərmək olar. Belə ki, Buta.ws-in Türkiyə müxbiri İstanbulun pandemiyadan öncə insanlarla dolub-daşan yerlərində olub və bir neçə fotoşəkillər çəkib. Turistlərin ən çox axın etdiyi İstanbul insan üzünə həsrət qalıb.

İstanbulun məşhur yerlərindən lentə alınan fotoları təqdim edirik:


Xəbər xətti