İranda güclü zəlzələ oldu

12:50 - 6 May 2020 - DÜNYA

İranın qərbində yerləşən Lorestan vilayətinin Firuzabad rayonu ətrafında 5,1 bal gücündə zəlzələ baş verib.

Bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib.

Zəlzələ yerli vaxtla saat 12:37-də 7 km dərinlikdə qeydə alınıb. Ehtimal olunan dağıntı və tələfat haqda məlumat verilməyib.

Yeraltı təkanlar Firuzabad rayonunun 16 kilometrliyi, Ələştər rayonunun 21 kilometrliyi və Sərab şəhərinin 21 kilometrliyində baş verib.

Qeyd edək ki, 23 fevralda İranın Qərbi Azərbaycan vilayətinin Xoy rayonunda baş verən zəlzələdə 109 nəfər yaralanıb.///trend

 

Xəbər xətti