Ağır COVID-19 xəstələrinə qan köçürülməsinə başlanıldı

12:02 - 6 May 2020 - Cəmiyyət

Azərbaycanda ağır koronavirus xəstələrinin immun plazma müalicəsinə başlanılıb. 

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

TƏBİB bu məqsədlə COVID-19 xəstəliyindən sağalan vətəndaşlardan qan plazması donoru olaraq, digər xəstələrə yardım etməyə çağırıb.

Qeyd olunub ki, donor olmaq istəyənlər aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Ünvan: Mərkəzi Qan Bankı, Mirəli Qaşqay küçəsi 87;
907
+99412 440 65 86
+99412 440 78 50
+99412 441 66 52

Xəbər xətti