Neftin qiyməti artmağa başlayıb

02:35 - 6 May 2020 - Xəbər

Dünya bazarında neftin qiyməti artmağa başlayıb. Bunu Bakı vaxtı ilə saat 01:49-a olan sövdələşmələrin nəticələri göstərir. Belə ki, London İCE birjasında Brent markalı neftin iyul fyuçerslərinin qiyməti 17,09 faiz yüksələrək 32,06ABŞ dollarına çatıb. Nyu York birjasında isə WTI neftinin qiyməti 24,28 faiz yüksələrək 25,34 ABŞ dolları olub. ///report

Xəbər xətti