Əməkdar artist Prezidentə təşəkkür etdi: Daim biz vətəndaşları düşünürsünüz

18:35 - 5 May 2020 - Xəbər

Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist İlham Əsədov Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıb

Məktubda deyilir:

Zati-aliləri!
Möhtərəm Cənab Prezident!

İcazə verin, bu çətin günlərdə xalqımızın yanında olub daim ona diqqət və qayğı göstərdiyiniz üçün Sizə təşəkkürümü bildirim.

Məlumdur ki, dünyanı cənginə alan koronavirus bəlası bizim də ölkəmizdən yan keçməyib. Lakin Sizin apardığınız uğurlu siyasətin nəticəsi olaraq bu gün bizim xalq bu xəstəliyin ağır formasını yaşamır. Bütün bunlara görə Sizə minnətdaram.

Hörmətli Cənab Prezident, Sizin vətəndaşları qorumaq üçün “Evdə qal” çağırışınıza mən və eləcə də bizim teatrın kollektivi də qoşuldu, teatrımızın əməkdaşları Sizi tam qəlbi ilə dəstəklədi.  Bu şüar altında daim tamaşaçılarımıza müraciət edib onları evdə qalmağa səslədik. Gənc Tamaşaçılar Teatrı insanların vaxtlarını səmərəli keçirməsi üçün virtual tamaşalarla onların qarşısına çıxdı və çıxmaqda davam edir.

Siz bir Prezident, bir Vətən oğlu kimi daim biz vətəndaşları düşünürsünüz. Danılmaz faktdır ki, teatr işçiləri bu ay işə çıxmadan öz əmək haqqlarını tam şəkildə aldılar. Bir aktyor, bir ictimai fiqur, mühüm vəzifə daşıyıcısı və ilk növbədə bir vətəndaş kimi Sizə sonsuz təşəkkürüm edir, minnətdarlığımı bildirirəm.

Hörmətlə Azərbaycanın və Rusiya Federasiyasının Kalmıkiya Respublikasının Əməkdar artisti İlham Əsədov

Xəbər xətti