İsraildən koronavirus peyvəndi ilə bağlı daha bir açıqlama

16:22 - 5 May 2020 - Xəbər

İsrail alimləri tərəfindən COVID-19-a yoluxmuş şəxsin bədənində virusa aktiv şəkildə hücum edən və peyvənd yaratmaq üçün istifadə oluna biləcək antikorlar kəşf olunub.

Bu barədə İsrailin Müdafiə naziri Naftali Benett açıqlama verib. Bildirilib ki, İsrail Bioloji Tədqiqatlar İnstitutunun gizli laboratoriyasına baş çəkən Benettə koronavirusa yoluxmuş şəxsin bədənindəki virusları neytrallaşdıra bilən antikorların necə işlədiyi göstərilib.

“Bu anticismlər virusa xüsusi şəkildə hücum edir və xəstənin orqanizmində onları zərərsizləşdirə bilir”,- deyə Benett açıqlamasında qeyd edib.

Onun sözlərinə görə, hazırda peyvənd üçün patent qeydiyyatı aparılır, daha sonra isə kommersiya istehsalına başlanacağı gözlənilir. Bununla belə, peyvəndin nə vaxt hazır olacağı açıqlanmayıb.

Qeyd edək ki, bu yaxınlarda Niderland alimləri tərəfindən koronavirusa hücum edə bilən antikorlar aşkarlanmışdı. Ümumilikdə isə dünyada koronavirusa qarşı peyvəndin yaradılması üzərində 100-ə yaxın tədqiqat qrupu işləyir.///qafqazinfo

 

Xəbər xətti